Rza Zerrab məhkəmə qarşısına çıxacaq

  • By admin
  • 20 İyun 2016 13:54

rza zerrab

 

Bu gün Nyo-Yorkda Tükiydə yaşayan milliyətcə azərbaycanlı iş adamı Rza Zerrab məhkəmə qarşısına çıxacaq. Gununsesi.info haberturk-ə istinadən xəbər verir ki, Türkiyədə rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyat çərçivəsində həbs olunan və sonra sərbəst buraxılan azərbaycanlı iş adamı, Türkiyə vətəndaşı, Rza Zarrab bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq. Məhkəməyə sədrlik edən hakim Riçard Berman Rza Zarrabın vəkilinin qaldırdığı sərbəst buraxılma iddiasını rədd edib və bunu onunla əsaslandırıb ki, Rzanın Türkiyə, İran, Makedoniya pasportları olduğu üçün onun qaçma riski var. Qeyd edək ki, ABŞ-ın Nyu-York şəhərində ittiham olunan Rza Zarrabı 75 illik həbs cəzası gözləyir. Məhkəmə iyunun 16-da keçirilməsi nəzərdə tutulsa da, prokuror Preet Bhararın işinin çoxluğunu nəzərə alaraq məhkəməni bu günə təyin edib.