“Səba”-nın iki müəssisəsi bağlandı

  • By admin
  • 19 Sentyabr 2016 11:23

seba
Dəvəçi broyler fabriki kimi tanınan «SƏBA» ASC səhmdarlarının qərarı ilə şirkətlər qrupuna daxil olan iki hüquqi şəxsin ləğvinə başlanıb.

«SƏBA»nın inkişafı üçün qurulsalar da…

Bu iki şirkət «SƏBA» ASC-ni irəlilətmək üçün qurulsa da, son nəticədə uğursuzluqdan yaxa qurtarmayıb: Abşeronda qurulan damazlıq təsərrüfatı broyler fabrikinin ehtiyaclarını ödəyə bilmədiyindən, 2 il əvvəl burada da broyler yetişdirməyə qərar verilib. «Al-Chicken» restoranı və «Səbalı» fastfud köşkləri də bazarda özünə yer tutmadığı üçün axırda bağlanmağa məcbur qalıblar.

HTML tutorial

Sözügedən şirkətlərin ləğvinin inzibati xərcləri azaltmaq məqsədi daşıdığını deyən «SƏBA» ASC-nin mətbuat katibi Afət Yaqubova onu da əlavə edib ki, şirkət damazlıq təsərrüfatı fikrindən tam əl çəkməyib və Abşerondakı istehsalat sahəsində təkrar qurula bilər. Fastfud köşklərini isə «SƏBA» brendiylə buraxılan məhsulları satan firma mağazaları əvəzləyib. Hazırda ölkə boyunca 60 belə mağaza var və ilin sonunadək onların sayını 100-ə çatdırmaq nəzərdə tutulur.

Gununsesi.info