
Azərbaycan birinci divizion təmsilçisi “Səbail” bu gün Antalyada ikinci yoldaşlıq görüşünü keçirib.
Qol.az-ın məlumatına görə, komanda Almaniyanın aşağı divizion təmsilçisi “Ayntraxt Northeim” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Qazaxıstan “Kyran”ına 2:4 hesabı ilə uduzub.
Gununsesi.info