
“Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Gununsesi.info kluba istinadla xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.
On doqquz yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası “Gil Visente”də keçirib.
Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
Gununsesi.info