Səbaildə toplantı keçirildi

  • By admin
  • 10 İyul 2018 14:03

Səbaildə toplantı keçirildi

Səbail rayonunda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü qeyd olunub.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyətinin  nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbirdə H. Əliyevin həyat və fəaliyyətindən danışıb.

Toplantıda çıxış edən YAP Səbail Rayon Təşkilatı İdarə Heyətinin üzvü Hacan Hacıyev, Аzərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon Təşkilatının sədri İlham Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, Səbail RİHBA-nın şöbə müdiri Anar Axundzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və başqaları Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışıb, qeyd ediblər ki, Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri prezident İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və bu işlərdə ona hər zaman dəstək olacaqlar.