“Səbirsizliklə prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!” - POROŞENKO

  • By admin
  • 12 Aprel 2018 11:16

Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə P.Poroşenkonun “Twitter” rəsmi səhifəsində bildirilib:

“Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!”