Şəbnəm Tovuzlu ARB-yə qadağa qoydu

  • By admin
  • 15 May 2019 14:35

Müğənni Şəbnəm Tovuzlu ARB kanalı ilə qalmaqal yaşayıb.

Gununsesi.org-un məlumatına görə, sənətçi bildirib ki, bundan sonra sözügedən telekanalda heç bir verilişə çıxmayacaq:

“Reytinq cədvəlində adı olmayan verilişlər zəng edib, yalvarıb dəvət edirlər. Hörmət edirəm yox demirəm və gedirəm. Sonra da başlayırlar müğənniləri “vurmağa”. Bəsdirin. Daha mənə zəng etməyin. Mən verilişə gəlirəm, məktəbə imtahan verməyə yox. Başa düşdüm, siz məndən savadlısız, ağıllısız. Bunu kimə və niyə göstərirsiz? İmamlarımız buyurur ki, hər bir insanın eyibləri, bilmədikləri vardır. Heç kim istəməz ki, bu eyibləri başqaları bilsin.

Onlar özləri də bilmədiklərimizi bilir və qəsdən sual verirlər. Bilirdilər ki, mən cavabı deyə bilməyəcəm. Çalışırlar qarşılarındakı ifaçını əzsinlər. Bezmişəm bu durumdan. Siz bizləri hörmətsiz etirsiz. Hörmətli ARB kanalının əməkdaşları, istəmirəm sizin verilişlərə çıxmaq, məni daha dəvət etməyin”.

Qeyd edək ki, “Hüseynova bacıları” verilişində Şəbnəmə sual ünvanlanmış, onun “Bu yaxınlarda Dubayda olmuşdum. Ora Avropa olmasa da, oraya yaxındır. Amerikada olmamışam. Rusiyanın bütün şəhərlərini gəzmişəm. Amerikanın özü, İtaliyanı deyə bilərəm. Yəni, Amerikanın – paytaxtını tanıyırıq da. Getməmişəm, bilmirəm” sözləri qalmaqala səbəb olmuşdu.