Şəbnəm Tovuzlu Bakı-Qazax yolunda qəzaya uğrayıb - MÜĞƏNNİNİN VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 17 İyul 2017 16:38

sebnem4

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Gununsesi.info big.az-a istinadən xəbər verir ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib.

Qəflətən qarşılarına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərərçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.

Gununsesi.info