Şəbnəm Tovuzlu ilk dəfə həyat yoldaşını göstərdi -FOTO

Müğənni Şəbnəm Tovuzlu ilk dəfə həyat yoldaşının fotosunu paylaşıb. 

Gununsesi.info  xəbər verir ki, şəkildə ifaçının oğlu Əli də yer alıb.

HTML tutorial

Şəbnəm instaqramda yerləşdirdiyi şəklə “görəsən, Əli atası ilə nə danışır” şərhini yazıb.

Qeyd edək ki, Şəbnəmin ilk nikahından Günel adlı qız övladı var.

Müğənni illərdir həyat yoldaşını efirlərdə “həci” adlandırır, sosial şəbəkə hesablarında isə yalnız onun qolunu nümayiş etdirirdi. Məlumata görə, Şəbnəmin həyat yoldaşının adı Hacı Ramildir.

Gununsesi.info