Hazırda tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikanın Cərrahiyyə və Transplantalogiya Mərkəzinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alır.
TƏBİB-dən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Zəruri müayinə və müalicələri davam etdirilir.
Gununsesi.info