Səbuhi Novruzov: “Bu məsələlərin heç birinə aidiyyatım yoxdur” - VASİF TALIBOVUN GENERAL YEZNƏSİ DANIŞDI

  • By admin
  • 13 Yanvar 2023 10:30

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr  müavini olmuş general Səbuhi Novruzov deyib.

HTML tutorial

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı  hazırda təqaüdə çıxdığını deyən Səbahu Novruzov evində olduğunu bildirib: “Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olmuş faktlara aidiyyatım yoxdur. Çünki, həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”. 

 

Mətləb Yaqublu

Gununsesi.info