“Sədərək” Ticarət Mərkəzində qeyri-adi oğurluq

  • By admin
  • 15 Oktyabr 2016 12:10

sederek

Sədərək” Ticarət Mərkəzində qeyri-adi oğurluq olub.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki,  Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.

Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub.

Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

Gununsesi.info