Bakı şəhəri və ətraf qəsəbələrdə saat 15:40-dan başlayan gücle yağış bir sıra açıq ticarət və iaşə mərkəzlərinə ciddi ziyan vurub. Gununsesi.info-ya satıcı Namiq Həzrətovun verdiyi məlumata görə, hazırda “Sədərək” TM-də yaranmış gölməçələr hərəkətə imkan vermir: “Ticarət mərkəzinin üstündə su qanovları tutulduğundan kanalızasiyaya və kənara axmalı olan su içəri tökülür. Xeyli sayda sahibkarın əmlakına ziyan dəyib. Alverə glən müştərilər təşviş içərisindədir”, – deyə o bildirib.
Gülnaz Qənbərli