“Sədərək Yusifin” qardaşı oğlu bloqqeri döyüb videoya çəkdi

Sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin rəhbəri “Sədərək Yusif” ləqəbli Yusif Qədimbəylinin qardaşı oğlu İlham Qədimbəylin genc bir qızı döyməsi barədə xəbərlər yayılıb.

Belə ki, tiktok sosial şəbəkəsində aktiv olan Fidan adlı blogger video paylaşıb. Blogger müraciətində bildirib ki, sentyabrın 16-da axşam saatlarında “Sədərək” Ticarət Mərkəzinin rəhbəri olan Yusif Qədimbəylinin qardaşı oğlu “Sapfir” restoranının sahibi, iş adamı İlham Qədimbəyli tərəfindən əl qolu bağlanaraq döyülüb. Daha sonra isə onu videoya çəkiblər.

Gununsesi.info xəbər verir ki, Fidan müraciətində qeyd edib ki, “Sədərək Yusifin” qardaşı oğlu İlham Qədimbəyli özünə məxsus olan restoranda dostları ilə birlikdə ona qarşı zor tətbiq edib.

Fidan adlı xanım iddia edir ki, onu 2 saata qədər döyüblər və silahla təhdid edilib.

Qadın başına gələnləri danışması izləyiciləri şoka salıb. O, videosunda hüquq mühafizə orqanlarına müraciət edərək bu əməli törədənlərin birbaşa adını açıqlayıb.

 

 

Şəbnəm

Gununsesi.info