“Sədərək”də kütləvi dava olub

  • By admin
  • 03 Sentyabr 2017 16:17

bd79d7da2d1cf52b5718ae35075274dd
Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, polisə müraciət edən 1985-ci il təvəllüdlü Hüseynquliyev Elçin Akif oğlu ticarət mərkəzində 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

E.Hüseynquliyevin xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.

 

Gununsesi.info