“Sədərək” bağlanıb? - TİCARƏT MƏRKƏZİNƏ GİRİŞ BƏRPA OLUNDU/YENİLƏNDİ/VİDEO

  • By admin
  • 21 Oktyabr 2018 14:22

Bu gün günün ikinci yarısında Sədərər ticarət mərkəzinə giriş bərpa olunub. Adıçəkilən mərkəzdə çalışanların Gununsesi.org-a verdiyi xəbərə görə, ticarət mərkəzinə səhər saatlarından avtomobillərin girişi yasaqlansa da səbəbi açıqlanmayıb.

İlkin versiya kimi vergi orqanlarının bu ticarət mərkəzində yoxlama aparması göstərilib.

*****

Bu gün səhər saatlarından Azərbaycanın ər iri topdan satış ticarət mərkəzlərindən biri olan “Sədərək” bazarının bağlanması xəbəri yayılıb.

Gununsesi.az-ın sosial şəbəkələrə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin girişi bağlandığından oraya gələn yüzlərlə avtomobil yolda qalıb.

İnsanlara isə səbəbin nə olması barədə məlumat verilmir.

Gununsesi.az jurnalist Razi Abbasbəylinin facebook hesabında paylaşdığı həmin görüntüləri təqdim edir: