İraqın keçmiş lideri Səddam Hüseynin qızı sükutu pozub.
Gununsesi.info Türkiyənin “Akşam”qəzetinə istinadən verdiyi xəbərə görə, 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından sonra Raghad İordaniyanın paytaxtı Amman şəhərində yaşayır. CNN kanalına müsahibə verən Raghad deyib: “ABŞ işğalından sonra İraq terror təşkilatlarının yuvasına çevrilib. Atamın rəhbərliyi zamanı İraqda sabitlik vardı. Atam həyatda olsaydı, heç bir terror təşkilatları İraqa girə bilməzdi”.
Raghad eyni zamanda, İraqdakı heç bir qrupu və siyasi fikiri dəstəkləmədiyini bildirib.
Raghad “İraq Şam İslam Dövləti”ni dəstəkləməsi ilə bağlı iddiaları yalanlayıb və deyib: “Bu qrupla heç bir əlaqəm yoxdur. Ailəmin ideologiyası ilə bu ifrat qruplar arasında heç bir əlaqəsi yoxdur.
Anar
Gununsesi.info