
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədr köməkçisi Aysel Tuğluk nəzarətə götürülüb.
Gununsesi.info Türkiyənin “Akşam”qəzetinə istinadən verdiyi xəbərə görə, A. Tuğluk Diyarbəkir Prokurorluğu tərəfindən aparılan terror istintaqı çərçivəsində Ankarada saxlanılıb.
Sədr köməkçisi səhər saatlarında Ankara şəhərində terrorla mübarizə idarəsi tərəfindən tutulub istintaqa təhvil verilib.
Tibbi müəyinədən keçdikdən sonra A.Tuğluk Diyarbəkirə ekstradisiya ediləcək.
Anar
Gununsesi.info