“Bakupress” informasiya agentliyinin həbsdə olan baş redaktoru Şəfəq Ağacanın apellyasiya şikayəti təmin olunmayıb.
Bu barədə Gununsesi.org-a məlumat verən jurnalistin vəkili Bəhruz Bayramovun sözlərinə görə, Şəfəq Ağacanın ev dustaqlığına buraxılması barədə Xətai rayon məhkəməsinə müraciət edilmişdi. Lakin məhkəmə bu müraciəti təmin etmədiyindən ondan Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib və bu gün həmin şikayətə baxılıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Ş.Ağacan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, Ş.Ağacan Bakı şəhər ərazisində marixuana satarkən saxlanılıb.
Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.
Gununsesi.org