Şəfəq Novruz əməliyyat olunub

  • By ilhame
  • 08 Mart 2024 20:43

Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz əməliyyat olunub.

 

Gununsesi.info xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.

 

Şəfəq bildirib ki, uzun müddətdir başında ağrılar var və buna görə bıçaq altına yatıb:

 

“Sən demə, ölümə 1-2 addım yaxın imişəm. Beynimdən nə çıxdı. Ona görə gözlərim, üzüm şiş imiş. Ona görə gözlərim dartılmış görünürdü. Beynimdən çıxan iltihabdan sonra başağrılarım dayandı. Gözlərim yumrulandı, üzüm balacalaşdı. Ölümdən döndüm”.

Gununsesi.info