Səfər Mehdiyev gömrüyün yaxın tarixini saxtalaşdırır

  • By admin
  • 31 Mart 2022 18:42

“ Dövlət Gömrük Komitəsinin tarixinə həsr olunan kitabda nə Kəmaləddin Heydərovun, nə də Aydın Əliyevin adı var”

Gununsesi.info  xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. O, bildirib ki, Azərbaycanda hər yeni vəzifəyə gələn məmurun özündən əvvəlkinin bütün izlərini silməsi ənənəsi çoxdan mövcuddur və hazırda da bu tendensiya “uğurla” davam etdirilir. “Nazirlər, komitə sədrləri, icra başçıları, hətta universitet rektorları da rəhbərlik etdikləri qurumlarda sələflərinə aid heç bir iz saxlamaq istəmirlər. Əksər hallarda həmin qurumlarda keçirilən tədbirlərdə, yubileylərdə, hətta onların fəaliyyəti, tarixi barədə çap edilən kitablarda belə “sabiqlər”ə yer yoxdur. Özü də fərq etmir, onlardan öncəki məmurlar yaxşı işləyiblər, yoxsa vəzifədən birbaşa həbsxanaya yollanıblar”.

Deputat eyni yanaşmanı Dövlət Gömrük Komitəsinin yenicə çap etdirdiyi, nəfis tərtibata malik iri həcmli “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı kitabda davam olunduğunu qeyd edir:

“Kitabın ilk səhifəsində “Layihənın rəhbəri” qrafasında DGK-nın hazırkı sədri Səfər Mehdiyevin adı keçir. Kitabın ön sözü də Mehdiyevin imzası ilə təqdim olunur. Ardınca az qala ibtidai icma qurluşundan bu günə qədər olan ümumilikdə gömrük tarixi və onun Azərbaycana aid hissəsindən uzun-uzadı söz açılır.

Ancaq maraqlıdır ki, xüsusilə də Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonrakı dövr ərzində Mehdiyevdən başqa DGK-ya rəhbərlik etmiş şəxslərdən heç kimin adı çəkilmir. Əvəzində kitabla tanış olanda belə təəssürat yaranır ki, müasir dövrün gömrük sistemi bütövlükdə məhz hazırkı gömrük şefinin “əsəridir”.
Gununsesi.info xatırladır ki, bu, Səfər Mehsiyevin Kəmaləddin Heydərova qarşı birinci qısqanclığı deyil.

Amma o, bunu edərkən, dərk etməlidir ki, Kəmaləddin Heydərov Azərbaycanın gömrük orqanını  formalaşdıran , onun sistemini yaradan əsas adam olub.

 

Gununsesi.info