Rüstəm Usubovun gömrükdə işləyən bacısı oğlu Səfər Mehdiyevi saymır - RASİM MƏMMƏDOV İŞƏ ÇIXMIR, ÇIXANDA DA UNİFORMA GEYİNMİR

  • By admin
  • 09 İyul 2022 14:05

Bir neçə gün əvvəl Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu strukturda çalışan, amma işə gəlməyən əməkdaşlara “Ya istefa, ya da işə çıxmaq” şərtini qoyması barədə yazmışdıq. 

Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Mehdiyevin işə gəlmək barədə tələbinə qismən əməl olunub.

HTML tutorial

Ancaq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Tranziş Şöbəsinin rəisi Rasim Məmmədov rəhbərin bu tələbini qulaqardına vurub.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısıoğlu olan Rasim Məmmədov uzun illərdir ki, gömrük orqanlarında vəzifə tutsa da ancaq iş qrafiqi sərbəst olub.

Həftədə bir  ya iki dəfə işə çıxan Rasim Məmmədov, həmçinin  uniformadan da istifadə etmir.

Belə ki, yerli rəhbərlik ona işə gələn zaman uniforma geyinməyi tələb etsə də o, buna əməl etmir.

Hətta baş idarənin yeni rəisi Teymur Mehdiyevin də buna görə onunla mübahisəsi düşüb.

Araşdırmamız zamanı bəlli olub ki, Rasim Məmmədov baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısının oğludur.

 

 

Afət

Gununsesi.info