Səfər zamanı həmin anlar diqqət çəkdi: Putin niyə bütün fotolarda gülümsəyir?

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Gununsesi.info-nun məlumatına görə, “Associated Press” xəbər agentliyi yazıb ki, səfər Putinin Ukraynada müharibə davam edərkən Moskvanın Yaxın Şərqdə vasitəçi kimi nüfuzunu yüksəltmək məqsədi daşıyıb.

Beynəlxalq xəbər agentliyi AFP də Putinin səfərini Moskvanın qlobal səhnədə öz çəkisini bərpa etməyə çalışdığı bir vaxtda nadir səfər kimi qiymətləndirib.

Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışan Rusiya lideri Putin ikinci dayanacağı Səudiyyə Ərəbistanında gülümsəyirdi. Rusiya agentlikləri xüsusilə Putinin Səudiyyə sarayında xoşbəxt olduğu şəkillərini təqdim edib.

Putinin gülümsəyən fotoları Rusiya liderinin İsrailin Qəzzada müharibəsini ABŞ diplomatiyasının uğursuzluğu kimi üzə çıxararaq, Vaşinqtona meydan oxuması kimi şərh edilib.

Görüş zamanı Putinlə Salmanın səmimi əl sıxması diqqətdən yayınmayıb.

Argentinada keçirilən G-20 Liderlər Sammitində də eyni davranan Putini görüş zamanı kameralara səmimi görüntülər verib. Yan-yana oturan iki lider tez-tez bir-birinə gülümsəyiblər.

Gununsesi.info