
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Çağırır vətən” adlı
yazı müsabiqəsi elan edir.
Gununsesi.info-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Çağırır vətən” adlı yazı müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
- Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
- Müsabiqəyə 2017-ci ilin noyabr ayının 1-dən 2017-ci ilin noyabr ayının 25-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
- Yazılar 5 min işarədən çox olmamalıdır.
- Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
- Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
- Müsabiqə üçün yazılar 2017-ci ilin noyabr ayının 25-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı yer, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.
Qaliblərin mükafatlandırılması:
I yer – Fotoaparat
II yer – Mobil telefon
III yer – Planşet
Həvəsləndirici mükafatlar (5 mükafat) – Qol saatı
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası
Əlaqə telefonu: 493-06-52
Gununsesi.info