Şəffaf qurbağalar kəşf olunub -FOTOLAR

  • By admin
  • 02 İyun 2017 13:25

qurbaga2

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, San-Fransisko de Quito Universitetinin professoru Xuan Quayasamin Ekvadorun Amazon meşələrində 2013-2016-cı illər arasında apardıqları elmi tətqiqatlar nəticəsində müxtəlif növ qurbağalar aşkarladığını açıqlayıb.

Həmin qurbağa növləri arasında ən maraqlısı şüşə qurbağa növünə mənsub olan şəffaf rəngli, ürəyi görünən qurbağalar olub. Qurbağanın bu növü fosforlu qurbağa növlərindən baş nahiyyəsindəki tünd yaşıl nöqtələrlə ayırd edilir. Fərqli çoxalma prosesinə malik bu qurbağaların boyu cəmi iki santimetrdir. Alimlər qurbağanın həddən artıq şəffaf olması qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Daxili orqanları açıq-aşkar görünən qurbağaların qarın və sinə hissəsini örtən dəri tamamilə şəffafdır. Bu qurbağaların növünün yeni kəşf olunmasına baxmayaraq, onların nəsli tükənmə təhlükəsinin astanasındadır.

qurbaga

 

qurbaga1

Gununsesi.info