Səfir: “Türkiyə-Azərbaycan münasibətləri dəmir bağlardan daha güclüdür”

  • By admin
  • 01 Noyabr 2017 19:38


“Türkiyə-Azərbaycan münasibətlərində önəmli günlər yaşayırıq”.

APA-nın məlumatına görə, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O xatırladıb ki, iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Bakı-Tbilisi-Qars dəmiryol xəttini açıb: “Bakı-Tbilisi-Qars dəmiryol xətti aramızda olan dəmir bağlardan biridir. Amma bizim aramızdakı münasibətlər dəmir bağlardan daha güclüdür”.

 

Gununsesi.info