Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

13 Fevral 2018 - 14:40

Səfir ABŞ-ın Azərbaycana ayırdığı vəsaitin məbləğiniAÇIQLADI

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirib.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, Kürdəmir rayonuna səfər edən səfir jurnalistlərə bildirib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib: “ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən olunmayıb. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir. Əsas bir məsələni diqqətinizə çatdırım ki, ABŞ 1992-ci ildən Azərbaycana yardım edir. Məcburi köçkünlərə və müharibədən əziyyət çəkənlərə 100 000 000, Azərbaycan dövlətinin inkişafına isə 1.3 milyard dollardan çox yardım göstərib”.

Gununsesi.info