Səfir nazirin Avstriya ilə bağlı ittihamına görə XİN-ə çağrıldı

  • By admin
  • 06 Avqust 2016 11:22

bayraq

 

Türkiyənin Avstriyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.  XİN-ə dəvət olunan türkiyəli diplomata xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkə haqqında dediklərinə aydınlıq gətirilməsi ilə yanaşı, ona xəbərdarlıq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avstriya xarici işlər naziri Sebastyan Kurz öz “Twitter” səhifəsində yazıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avstriyanı radikal rasizim paytaxtı adlandırıb. Bu da Avstriyada ciddi etiraza səbəb olub və Türkiyənin bu ölkədəki səfirliyi XİN-ə dəvət olunub.

Avstriya XİN başçısı Sebastiyan Kurz türkiyəli həmkarının onun ölkəsi barədə bundan sonra belə kəskin ifadələr işlətməkdən çəkinməyə dəvət edib.

Gununsesi.info