Səfir Rusiyanı işğalçılıqda ittiham etdi

  • By admin
  • 26 Mart 2018 10:42

Qərb ölkələri Rusiyanın işğalçılıq siyasətindən ehtiyatlandığından Şərqi Avropa sərhədlərində  NATO hərbçilərinin sayını artırır.

Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, bunu Polşanın Rusiyadakı səfiri Vlodzimej Marçinyak deyib.

 Onun sözlərinə görə,  Rusiyanın  təhdidi ilə bağlı bizim siyasi mövqeyimiz müttəfiqlərimiz tərəfindən dəstəklənir.

 Polşalı diplomat  yaranmış vəziyyətdə ölkəsinin Rusiya ilə NATO arasında gərginliyin azaldılması  istiqamətində  təklifinin olduğunu da diləgətirib: “Bu ordunun harada yerləşməsi barədə məlumat haqqında saziş, hərbi təlimlərin keçirilməsi  və bu zaman daha çox müşahidəminin dəvət edilməsi ola bilər. Belə olarsa təhlikə azala bilər. Hansı ki, belə tədbirlər 90-cı illərdə  istifadə olunub. Və o zaman tərəflər arasına  sabaha böyük ümid yarandı”.

Gununsesi.info