Səfir Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Səfirliyin “X” platformasındakı paylaşımında bildirilib.

Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.

“Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir”, – paylaşımda qeyd edilib.