Səfir: Truskavets Ukraynada azərbaycanlılar üçün aparıcı turizm məkanıdır

  • By ilhame
  • 08 Aprel 2024 21:06

Truskavets Ukraynada azərbaycanlılar üçün aparıcı turizm məkanıdır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsində yazıb.

 

“Truskavets şəhərinin meri Andrey Kulçinski ilə görüşdə Azərbaycanla Ukraynanın bu məşhur kurortu arasında turizm potensialı müzakirə olunub. Truskavets və onun qardaş şəhəri Quba arasında əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq”, – diplomat qeyd edib.

Gununsesi.info