Səfir Türkiyədə həbs edilən azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirdi: "FETÖ" ilə əlaqəsi olanlar ən ağır cəzalarını alacaq"

  • By admin
  • 05 Avqust 2016 14:58

1

Tükiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun “Petkim” şirktində həbs edilən 5 azərbaycanlının gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, səfirin dediyinə görə, 15 iyulda “FETÖ” tərəfindən Türkiyədə hakimiyyətə çevrilinə xain cəhd olub. “Hazırda bundan sonra Türkiyənin belə  hadisələrin təkrar verməməsi üçün ciddi araşdırma işləri aparılır.Bu məqsədlə “Petkim” şirkətində də bu cür araşdırma aparılıb və bir çox insan saxlanılıb. Saxlanılan şəxslərin məsələsi hüquqi müstəvidə həll olunur. Kimin “FETÖ” ilə əlaqəsi  varsa, hamısı vəzifədən çıxarılaraq, barələrində araşdırma aparmaq üçün istintaqa cəlb edilirlər”- deyə, səfir vurğulayıb. Azərbaycanlıların həbsinə gəldikdə isə diplomat bildirib ki, burada hər hansı qərəzli niyyət yoxdur: “Sadəcə, onların da məsələsi hüquq çərçivəsində araşdırlacaq. Kimliyindən asılı olmayaraq “FETÖ” ilə ciddi əlaqəsi olan şəxslər barəsində həbs- qətimkan tədibiri seçilərək işləri məhkəməyə göndəriləcək. “FETÖ” ilə əlaqəsi olanlar ən ağır və layiqli cəzalarını alacaq. Kiminsə əlaqəsi olmayıbsa, onlar sərbəst buraxılacaq”.

Gununsesi.info