
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABŞ Səfirliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda konfrans keçirilib.
Gununsesi.org xəbər verir ki, konfransda çıxış edən Səfir Litzenberger biznes və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin önəmini vurğulayıb. O, lisenziyasız proqramlardan istifadənin həm vaxt, həm də maliyyə itkisi ilə nəticələndiyini və dünyada belə proqramlardan istifadə edən şirkətlərin ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qaldığını qeyd edib. 2007-2009-cu illərdə Ağ Evdə Prezidentin köməkçisi və Milli Təhlükəsizlik Müşavirinin strateji kommunikasiya və qlobal məlumatlandırma üzrə müavini, hazırda kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icrası üzrə mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.