“Səfirini qətlində FETÖ-nün də əli ola bilər” - Qabil Hüseynli

  • By admin
  • 20 Dekabr 2016 12:03

qabil

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi iki dövlət arasında münasibətlərə mənfi təsir göstərməyəcək”.

Bunu Gununsesi.info– politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, artıq hadisə ilə bağlı iki ölkənin prezidentləri arasında telefon danışığı olub:

“Hər iki dövlət başçısı hadisənin təxribat olduğunu və iki dövlət arasında münasibətlərin pisləşməsinə yönəldiyini qeyd ediblər. Bu gün Suriyada humanitar böhranın müzakirəsi ilə bağlı Türkiyə, Rusiya, İran rəsmiləri Rusiyanın paytaxtı Moskvada bir araya gələcəklər. Bununla bağlı artıq Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib. Məhz Mövlud Çavuşoğlu tədbirdə xüsusi bəyatla çıxış eliyib, baş verən hadisə, barədə izahat verəcək. Üstəlik də qətli araşdırmaq üçün Rusiyadan istintaq qrupu Ankaraya gəlir. Həm Rusiya, həm də Türkiyə rəsmiləri yaxşı başa düşürlər ki, bunlar Türkiyə-Rusiya münasibətlərini inkişaf etdiyi hətta, pik həddinə çatdığı bir dövürdə baş verən sui-qəsd hadisəsidir. Bu sui-qəsd hadisəsi ilə iki dövlət arasında münasibətlərin inkişafına mane olmaq istəyiblər”.
Politoloqun sözlərinə görə, bu sui-qəsd hadisəsi son dövrlərdə Rusiya aviasiyasının İranla birlikdə Suriyada tərətdiyi qətliamla da bağlı ola bilər.

“Bu iş də arşdırılır. Hazırda Rusiyanın hərəkətləri ilə bağlı bütün dünyada, özəliklə də müsəlman dünyasında çox ciddi etiraz var. Eyni zamanda, səfirini qətlində FETÖ-nün də əli ola bilər” – deyə, Q. Hüseynli sözlərinə əlavə edib.
Anar
Gununsesi.info