Səfirlər İrəvanda LGBT üçün ofis açdı

  • By admin
  • 03 Sentyabr 2022 12:59

İsveç, Böyük Britaniya və Niderlandın İrəvandakı səfirləri LGBT üzvlərinə hüquqi dəstək verən “Storona Prava” hüquq müdafiə təşkilatı ofisinin açılışında iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveçin Ermənistandakı səfirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, artıq LGBTQ+ icmasının nümayəndələri, onların ailə üzvləri və onlara dəstək olanlar ofisdə hüquqi və psixoloji dəstək ala biləcəklər.

Qeyd edək ki, Ermənistanda 2003-cü ildən eynicinslilərin təmasları qanuni olsa da, nikahlar və digər növ birliklər qanunla qadağandır.

Gununsesi.info