Səfirlərin Cocuq Mərcanlıya səfəri başlayıb - FOTOLAR

  • By admin
  • 15 Fevral 2017 13:57

cocoq (1)

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. 

Gununsesi.info-nun məlumatına görə, 55 nəfərdən ibarət nümayəndə heyətinə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rəhbərlik edib.

Ə.Həsənov nümayəndə heyətin məlumat verərək bildirib ki,  kənd 20 ildən artıqdır ermənilərin nəzarəti altında qalıb: “Lələtəpə əməliyyatından sonra Cocuq Mərcanlı və ətraf yaşayış məntəqələri təhlükədən azad olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə kənd ərazisində yenidənqurma və tikinti işlərinə başlanılıb”.

Nümayəndə heyəti Cocuq Mərcanlının minadan təmizlənməsi işləri, yenidən qurma və tikinti işləri ilə yaxından tanış olublar.

cocoq (2) cocoq (3) cocoq (4) cocoq (5)

Gununsesi.info