Səfirlik binasından 400 kq kokain götürüldü-ŞOK OLAY

Səfirlik binasından 400 kq kokain götürüldü

Həyata keçirilən əməliyyat nəticəsində Rusiyanın səfirliyinə aid  binadan  400 kq-a yaxın kokain  aşkar edilərək götürülüb.
 Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  Rusiyanın Argentinadakı səfiri Viktor Koronelli  Buenos-Ayres şəhər polisinə, səfirliyə məxsus məktəb binasında küllü miqdarda narkotik maddə olması ilə bağlı məlumat verib. Həyata keçirilən əməliyyat nəticəsində  389 kq kokain aşkar edilərək götürülüb. 
Bu barədə məlumat verən  Argentina  daxili işlər naziri Patriçia Bullriç deyib ki,  narkotik maddənin kimə məxsus olması və cinayətkar dəstənin yaxalanması istiqamətində iki ölkənin xüsusi xidmət orqanlarının birgə əməliyyatı həyata keçirildi. Əməliyyata əsasən narkotik maddə götürülsə də, qısa zaman ərzində onun əvəzinə həmin bağlamalara un yığılaraq,  eyni qaydada məktəb binasına qoyuldu və bundan sonra  gizli izləmə prosesi başlandı. Qaçaqçıları tutumaq üçün iki dəfə əməliyyat  təxirə salındı, lakin üçüncü dəfə uğuru oldu. Nəticədə 3-ü Rusiya, 2-i Argentina vətəndaşı  olmaqla, 5 nəfər saxlanıldı. Onlardan birinin-  Aleksandr Çikalonun səfirliyin sabiq işçisi olduğu məlum oldu. Əməliyyat zamanı kokainin Kolumbiyadan Argentinaya, oradan isə Rusiyaya gətirilməsi planlaşdırılıbmış.
 Gununsesi.info

COMMENTS