Səfirlik seçkiyə hazırdır

  • By admin
  • 24 Noyabr 2016 14:30
ozbek
Dekabrın 4-də Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Bu barədə Gununsesi.info-ya Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki,  Özbəkistanın Azərbaycandakı  səfirliyinin konsulluq şöbəsindən burada yaşayan  400-ə yaxın Özbək vətəndaşı  qeydiyyatadan keçib: “Özbəkistanın Gürcüstanda səfirliyi olmadığından  Gürcüstanda yaşayan Özbəkistan vətəndaşı da Azərbaycandakı səfirlikdə qeydiyyata durublar. Ona görə də  Özbəkistan vətəndaşlarının seçkidə iştirak edib hüquqlarında istifadə edilməsini təmin etmək məqsədi ilə səfirliyin binasında seçki məntəqəsi yaradılıb və səfirlik seçkiyə tam hazır vəziyyətdədir”.
Diplomatik nümayəndəlikdən  bildirilib ki, seçicilər  dekabrın 4-də səfirlikdə yaradılan seçki məntəqəsi səhər saat 6-dan axşam saat 20-dək fəaliyyət göstərəcək. İstənilən Özbəkistan vətəndaşı bu seçki məntəqəsində səs verə biləcək. Seçki günü  təqribən 250-dək Özbəkistan vətəndaşı bu hüquqdan yararlanacaq.
Səfirlikdən o da bildirilib ki,  artıq bir qismi seçki dövründə Özbəkistanda olub, orada səs vermək istəyir: “Bundan əlavə olaraq turist kimi və ya digər məqsədlə Bakıda səfərdə olan Özbəkistan vətəndaşları da səs verə bilərlər”.
Mürtəza
Gununsesi.info