
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində təklif etdiyi və razılaşdığı formul nə olacaqsa, Türkiyə də onu dəstəkləyəcək”.
Gununsesi.info-nun məlumatına görə, bu haqda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun açıqlamasında bəyan edib. Belə ki, səfir açıqlamasında qeyd edib ki, Türkiyə Azərbaycanı maraqlandıran bütün mövzularda hər zaman aktiv çıxış edib. Diplomat qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin həllində rəsmi Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirib. O bildirib ki, dəfələrlə bəyan etmişik ki, bu məsələdə hər zaman Azərbaycanın yanındayıq və Türkiyə olaraq üzərimizə düşən vəzifəni icra etməyə hazırıq.
Gülnaz Qənbərli
Gununsesi.info