
Rusiya prezidenti Vladimir Putin Kemerovada rəsmi səfərdədir. Orada, şəhər sakinləri yerli hakimiyyətin istefası tələbi ilə etiraz aksiyası keçirir.
Gununsesi.info interfax-a istinadən xəbər verir ki, Kemerova şəhər administrasiyasının binası qarşısına toplaşan mitinq iştirakçıları “Qış albalısı” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində ölənlərin dəqiq sayını tələb edir. Aksiya iştirakçıları hesab edir ki, yanğnda ölənlərin sayı qəsdən azaldılır və bu barədə yayılan xəbərlər bizi ciddi narahat edir. Ona görə də biz ticarət mərkəzində ölənlərlə bağlı dəqiq məlumat istəyirik.
Aksiya iştirakçıları çoxsaylı insan ölümü ilə nəticələn hadisənin günahkarlarının cəzalandırılmasını və onların adlarının açıqlanmasını tələb edir. Bununla yanaşı aksiya iştirakçıları səhlənkarlığa yol verdiklərinə görə, yerli hakimiyyət orqanlarını istefasını tələb ediblər.
Aksiya iştirakçıları Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin sakinlər qarşısına çıxmasını tələb etsələr də, o aksiya iştirakçılarının qarşısına çıxmayıb. Artıq Tuleyevin vəzifədən azad olunması barədə xəbərlər yayılmaqdadır.
Gununsesi.info