Sentyabrın 15-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Gununsesi.info SOCAR-a istinadən məlumat verir ki, təmir müddətində Bakının Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Gununsesi.info