Səhər yeməyi üçün ən təhlükəli ərzaqlar AÇIQLANDI

Səhər yeməyindən ilk növbədə tez həzm olunan sıyıqlar çıxarılmalıdır, çünki bu yeməklər qanda şəkərin səviyyəsini kəskin şəkildə artırır və insulinin ifrazına səbəb olur.

Gununsesi.info xəbər verir ki, bu barədə həkim-dietoloq İnna Kononenko Rusiya telekanallarına müsahibəsində bildirib.

“Nəticədə belə çıxır ki, nə mədədə sıyıq, nə qanda qlükoza olur, insan isə yenidən yemək istəyir”, – deyə həkim izah edib.

“Ziyanlı səhər yeməkləri”nin siyahısına süddə və ya meyvə şirəsində lopalar, sendviçlər və cemli tostlar da daxildir.

Bundan əlavə, Kononenko təzə sıxılmış şirələrin və smuzilərin faydaları barədə yayılan miflərə də aydınlıq gətirib. Həkimin sözlərinə əsasən, onların tərkibində çoxlu sadə şəkər var. Üstəlik, fruktozanın miqdarı meyvənin növündən asılıdır.

“Bu, bir tərəfdən qlükoza, bir tərəfdən də fruktozadır. Bütün fruktoza çox sürətlə qaraciyərdə yığılır və burada qaraciyər piyinə çevrilir. Buna görə də biz sürətlə çəki yığırıq”, – deyə dietoloq bildirib.
Gununsesi.info