Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər.
Gununsesi.info “MedikForum”a istinadla xəbər verir ki, səhər yeməyindən imtina etmək vərdişi təhlükəsi barədə xəbərdarlıq edən həkim-diyetoloq Yelena Solomatina belə hesab edir.
Diyetoloq deyib ki, səhər yeməyinə təbii ehtiyac insan orqanizminə xasdır. Mütəxəssisin sözlərinə görə, səhər saatlarında fəallığın artması onun üçün təbiidir – bu, müəyyən hormonların istehsalı deməkdir. Belə fəallıq sürətlənmiş maddələr mübadiləsini, səhər saatlarında sürətli qida həzmini təşviq edir.