Şəhərdə avtomobil sürən və dövlət başçısı İlham Əliyevə bənzədilən şəxsin kimliyi bilindi – Geniş müzakirəyə səbəb olan VİDEO+FOTO

  • By arzu
  • 15 İyun 2020 16:06
Bir neçə gündür ki, sosial şəbəkələrdə dövlət başçısı İlham Əliyevə oxşarlığı ilə diqqət çəkən şəxsin videosu böyük marağa səbəb olub.
Bildirək ki, bu görüntülər yayılan ilk anlarda iddia edilirdi ki, avtomobili idarə edən şəxs İlham Əliyevdir. Az sonra isə bunun belə olmadığı, sadəcə olaraq həmin şəxsin ölkə prezidentinə oxşadığı aydınlaşdı. Bununla belə prezidentə oxşarlığı ilə məşhurlaşan şəxsin kimliyi yenə sirr olaraq qalırdı.
Sfera.az isə həmin şəxsin kimliyi ilə bağlı eksklüziv məlumatlar əldə edib. Belə ki, bu şəxs Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Piriyev Elman Hüsü oğludur.

 

Gununsesi.org