Şəhərdən qaçıb ada yaratdılar -MARAQLI

  • By admin
  • 10 Noyabr 2016 10:43

ada1

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 24 il əvvəl səs-küydən uzaqlaşıb sakit bir yerə getmək istəyən Katarina Kinq və Vayn Adams öz səyyar adalarını yaradıblar. Torpaq sahələrindən uzaqlarda yer axtarışında olan cütlük öz adalarını yaratmağa qərar verib nağıl kimi bir evə sahib olublar. Azadlıq Vadisi adlandırdıqları 500 ton ağırlığında olan ada 12 fərqli tikilidən ibarətdir. Bu tikililərin arasında təbiətə uyğun dörd ev, yaşayış evləri, bir mətbəx, bir emalatxana, rəqs üçün məkan, bağçalar, hətta sənət qalereyası var.

Nigar Cəfərli

Gununsesi.info