“Səhhətim qaydasındadır, müayinəyə gəlmişəm” - VAHİD ƏHMƏDOV

“Mənim səhhətimdə ciddi problem olması və təcili olaraq Türkiyəyə gətirilməm barədə informasiyalar doğru deyil. Növbəti müayinəM üçün Türkiyəyə gəlmişəm və səhhətimdə hər bir şey qaydasındadır”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səhhətində ciddi problem olması ilə bağlı Türkiyəyə aparılması barədə mediayada yayılan xəbərlərdə münasibətində bildirib.

Vahid Əhmədov əməkdaşımızla telefon söhbətində deyib ki, bu barədə xəbərin necə ortaya çıxmasından məlumatsızdır.

“Mən bəlli bir müddətdən sonra müayinə üçün gəlirəm. Bu da növbəti müayinəmdən biridir. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Hər şey qaydasındadır”.

 

 

Şəbnəm 

Gununsesi.info