Şəhid ailələri, qazi və aztəminatlı ailələrə pulsuz hüquqi yardım - AKSİYA

  • By admin
  • 12 Noyabr 2021 00:53

Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu 12 noyabr Konstitusiya günü münasibətilə ənənəyə sadiq olaraq aztəminatlı əhaliyə pulsuz hüquqi yardım göstərəcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən bürodan bildiriblər.

Məlumata görə, aksiyada hüququn istənilən sahəsi üzrə vəkillərə müraciət etmək mümkündür:

“Yararlanmaq istəyən aztəminatlı əhaliyə, eyni zamanda şəhid ailələrinə və Vətən müharibəsinin iştirakçısı olan şəxslərə hüquqi yardımın göstərilməsi 12 noyabr 2021-ci il tarixində saat 10:00-dan 18:00-dək büronun inzibati binasında həyata keçiriləcəkdir”.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507, Altes Plaza, Korpus B. Əlaqə: 012 555 66 84, 050 555 66 84