Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən 36 mənzilli dördmərtəbəli ictimai yaşayış evində son tamamlama işləri aparılır.
Gununsesi.info xəbər verir ki, yaşayış evi şəhərə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində tikilib. Bu bina son illər Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən dördüncü ictimai yaşayış evidir. Bundan əvvəl şəhərdə hər biri 16 mənzilli üç yaşayış binası tikilib və ehtiyacı olanlara verilib.
Rayon sakinləri reallaşdırılan bu layihələri ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən və sağlamlığını itirən insanlara göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirirlər.
Gununsesi.info