Şəhid ailələri və qazilərə göstərilən xidmətlə bağlı hesabat açıqlandı - FOTOLAR

“Cari ilin 8 ayı ərzində şəhid ailələri, qazilər, veteranlar və digər statuslu vətəndaşlar tərəfindən SOCAR “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 807 müraciət daxil olub”.

Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüşdə bildirib. Qurum rəsmisi müraciətlərin artıq 266-nın icra olunduğunu qeyd edib.

HTML tutorial

Müraciətlərin təyinatı isə qazlaşma işləri, qaz xəttinin və ya sayğacın yerinin dəyişdirilməsi ilə bağlıdır. Eldəniz Vəliyev bundan başqa həssas qrupun işlə təmin olunması məsələsinə də toxunub. O, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daim buna yüksək həssaslıqla yanaşdığını və qurumun prioriteti olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Birliyin Qəza Çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək ötən ilin analoji dövri ilə müqayisədə bu il müraciətlərin sayında azalmanın qeydə alındığını bildirib. Xalidə Şimşək bu azalmanı isə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin apardığı quruculuq işləri və maarifləndirmə ilə əlaqələndirib.

“Açıq qapı” aksiyası daha sonra mətbuat nümayəndələri ilə yanaşı, sıravi vətəndaşların suallarının cavablandırılması ilə davam edib.

Gununsesi.info