“Şəhid ailələrinə ödənilən birdəfəlik sığorta pulu artırılmalıdır” -DEPUTATDAN TƏKLİF

  • By admin
  • 14 Oktyabr 2016 13:11

1435306349_eflatun-anmashov

Millət vəkili Əflatun Amaşov şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat  sığorta pulunun artırılmasını təklif edib. 

Gununsesi. info  xəbər verir ki, millət vəkili deyib ki, Azərbaycanda elə şirkət var ki bir işçisinin həyat sığortasına  görə 100 min manat vəsait ödəyir: “Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi  11 min manat sığorta pulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”.

Millət vəkili Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib. Qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: “ Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır”.

 Gununsesi. info